Faiq Yusifov küç 31A
RESTORAN VƏ KAFELƏR ÜÇÜN POSTLAR NECƏ HAZIRLANMALIDIR?
Group 244

Restoran və kafe biznesinin ölçüsü və istiqamətindən asılı olmayaraq, sahibkar həmişə müştəri cəlb etmək barədə düşünməlidir. Onu da qeyd etmək lazımdır ki, internet istifadəçilərinin 88%-i şərh və rəylərin təsiri altında olur.
Bu isə o deməkdir ki, restoranlar və kafelər üçün cəlbedici yemək postları bu biznes məsələlərini həll etmək iqtidarındadır:

  • 1. Mətnləri “dadlı” yazın. “Ağzınıza qoyub çeynədiyiniz şəkərsiz böyük bir limon dilimi təsəvvür edin. Şirəsi ləzzətlə hər tərəfə sıçrayır və siz parlaq, turş bir dad hiss edirsiniz”. Sizdə bu mənzərəyə qarşı reaksiya yarandımı? Bax, beləcə, hətta tox müştərinin də postu gördüyü və mətni oxuduğu zaman ağzı sulanmalıdır. Oxucunuzda unikal emosiyalar toplusu yaratmaq üçün parlaq və əlvan epitetlərdən, dolğun sifətlərdən istifadə edin.
  • 2. İri fotolardan istifadə edin. Restoran və kafe postlarının ideal olması üçün peşəkar fotolar lazımdır. Yeməklər iri planda və yuxarıdan çəkilsə, daha yaxşı olar. Foto üçün ştativ və düzgün işıqlandırma tətbiq etmək məqsədəuyğundur.
  • 3. Faydalı məlumatlar verin. Yeməyin tərkibi, onun qiyməti və enerji dəyəri haqda yazın. Müəssisənin özü barədə, iş qrafiki, vakansiyalar, endirimlər, aksiyalar və yeniliklər barədə məlumatlar verin. Bu cür faydalı məlumatları mütəmadi olaraq təkrarlayın ki, yeni abunəçilərinizi daim xəbərdar edəsiniz.
  • 4. Tez-tez təkrarlanan reklam postları ilə müştəriləri qıcıqlandırmayın. Açıq marketinq internet istifadəçilərinin xoşuna gəlmir. Aylıq kontent-planın 15%-ə qədəri reklama ayrılmalıdır. Düzgün restoran reklam kampaniyası yumor, peşəkar nəzakətlilik və maksimum əyləncəli kontentdə cəmlənməlidir!
  • 5. Hazırlama prosesini paylaşın. Qonaqlarınızı “pərdə arxası”na da buraxın. Məsələn, izn verin ki, müştərilər qızardılmış toyuğun hazırlanma prosesini görsünlər. Qoyun izləyiciləriniz özlərini restoranınızın bir hissəsi hesab etsinlər. Bu yolla siz “sərhədləri” aradan götürmüş və etibar dərəcəsini artırmış olarsınız.
  • 6. Bəzi sirləri açın. Səxavətli olun – bəzi sirlərinizi paylaşın. “Panda” cizgi filmindəki kimi gizli inqredientli şorbada olan gizli inqredient haqqında danışın. Masterklaslar keçirin, ətraflı reseptlər dərc edin.
  • 7. İnteryerlərə diqqəti vurğulayın. İnsanlar restoranlar və kafelərə təkcə yeməyə görə deyil, həm də gözəl şəraitə və göz oxşayan mənzərəyə görə gəlirlər. Restoran zallarının gözəl interyer, dekor, detallar və ümumi görünüşünü əks etdirən fotolar paylaşın.
  • 8. Müştərilərinizə şərait yaradın. Qonaqlar sizin restoranın baş qəhrəmanlarıdırlar və özlərini göstərmək istəyirlər. Onlar üçün şərait yaradın. İnsanlar restoranlarda şəkil çəkdirərək öz sosial şəbəkələrində paylaşmağı sevirlər. Onlara xüsusi hashtaglar yerləşdirmək, ən yaxşı foto müsabiqəsi elan edərək, hər həftə qalib seçilmək təklifi edin. Bunu görən ziyarətçi sizin ən sadiq müştəriniz olacaq.
  • 9. Kiçik müsabiqələr təşkil edin. Dostların şərhlərdə qeyd olunması, hashtag və repost istifadəsi üzrə mütəmadi müsabiqələri sınaqdan keçirin. Kiçik prizlər qoyun: məsələn, bir fincan qəhvə + vafli, burger, yaxud bir bokal limonad və s. Bu, izləyicilərə müəssisəyə daxil olub, şəkil çəkdirməyə, hashtagla post qoymağa, dostlarla gəlməyə, yaxud restoranı tanışlarına tövsiyə etməyə təkan verəcəkdir.
  • 10. Sual-cavab edin. Tənqidlərə cavab verməyə hazır olun. Abunəçilərinizlə dialoq aparılması çox vacib məqamdır. Bütün suallara və şərhlərə istisnasız olaraq cavab verin. Neqativ rəyləri və açıq-aydın təxribatları diqqətsiz qoymayın. Nəzakətli və açıq olun. Yeri gəldikdə video-cavablardan da istifadə edin.
  • 11. Blogerlərlə əməkdaşlıq edin. Auditoriyaya bu cür müraciət və belə reklam fərqli xüsusiyyətlərə malikdir. Real insan olaraq bloger öz abunəçi çevrəsi daxilində müəyyən təsirə malikdir. O, insanlara yaxın olan həyati dəyərləri nümayiş etdirir ki, bu da güvən səviyyəsini güclü şəkildə artırır. Bu cür reklam təbii görünür və bezdirici olmur.

NƏTİCƏ

Restoran və kafelər üçün post mövzuları tükənməzdir. Bu, əyləncəli postlar da ola bilər, tanınmış şəxsiyyətlərin yemək barəsində sitatları da, interyer və yemək fotoları da, restoranın pərdəarxası həyatından kadrlar da. Faydalı infoqrafika və istifadəçi nəşrlərindən istifadə etmək də zəruridir. Mütləq kütləvi informasiya vasitələri, blogerlər və yeməkçatdırma xidmətləri ilə rabitə qurmaq lazımdır. Ən başlıcası isə, öz abunəçilərinizə, ziyarətçilərinizə və müştərilərinizə həmişə diqqət ayırmalısınız.