Social Media Marketing dövrümüzdə hər bir biznesin irəliləməsində ən işlək, ən fəal, ən effektiv alətlərdən biridir. Bütün dünyada milyonlarla şirkət öz peşəkar SMM menecerinin axtarışındadır. SMM-çinin sadəcə gözəl şəkillər paylaşıb heşteqlər qoyduğunu düşünürsünüzsə, yanılırsınız. SMM menecer təkcə brend tərtibatı, malların və ya xidmətlərin yerləşdirilməsi ilə deyil, həm də açar sosial şəbəkələrdə analitika, büdcə və reklam alətləri ilə işləyən mütəxəssisdir. Ona görə də bu işdə peşəkar olmaqdan ötrü mütləq bu 8 bacarığa sahib olmaq lazımdır.
1. Vizual intellekt
Sosial şəbəkələrdə yerləşdirəcəyiniz kontentin böyük hissəsi mətn olsa da, vizual kontentin də həlledici rolu danılmazdır. Doğru şəkil, ya foto yüz, hətta minlərlə dəfə ötürülə bilər. Siz hər sosial şəbəkədə yaxşı işləyən təsvir tiplərini başa düşməlisiniz. Sosial şəbəkə menecerləri üçün ümumi dizayn biliklərinə sahib olmaq çox vacibdir ki, postlarınızı tamamlayacaq cəlbedici vizual qrafika yarada biləsiniz. Video da mühüm komponentdir, buna görə də bu sahədə bacarıqlar əldə edə bilsəniz, sizin üçün hədsiz faydalı olacaqdır.
2. Adaptasiya
İstənilən marketinq rolu üçün, xüsusən də sosial şəbəkə idarəetmə üçün çeviklik vacibdir. Sosial media elə sürətli inkişaf edir ki, adaptasiya olma qabiliyyəti qəti zərurətə çevrilir. Xəbərləri planlaşdırma imkanına sahib olmaq yetərli deyil. Sizin yeni funksiyaları sınamaq, öz postlarınızda istifadə etməli olduğunuz yeni tendensiyalar, daimi testeetmə və analitika əsasında situasiyanı dəyişmək qabiliyyətiniz olmalıdır.
3. Sosial şəbəkələrdə ekspertiza
Bu aydın görünə bilər, amma sosial şəbəkə meneceri sosial şəbəkələrlə iş bacarıqlarına sahib olmalıdır. Onları zamanla tədqiqat və eksperiment yardımı ilə tanımaq olsa da, əgər iri şirkətdə işə can atırsınızsa, sizə arxanızda neçə illik təcrübə gərək olacaq. Bu baxımdan hansı platformada ən yaxşı hansı tip kontentin işləməsini bilmək, platforma əsasında kontentin necə optimallaşdırılmasını başa düşmək olduqca vacibdir.
4. Reklam və targetinq əsaslarını bilmək
Hər şirkət sosial şəbəkələrdə təkcə reklam buraxılışı üçün cavabdeh olan targetoloq tuta bilmir. Ona görə çox vaxt bu vəzifələri SMM-mütəxəssis icra edir. Target olunmuş reklamın köməyi ilə abunəçi sayını tez artırmaq, yeni malı bazara çıxarmaq, müştəri bazasını genişləndirmək və satışları yüksəltmək olar. Ona görə, əgər siz sosial şəbəkələrdə reklam əsaslarını hələ bilmisinizsə, müxtəlif kurslar və kitabların yardımı ilə tez vəziyyəti düzəltməyi məsləhət görürük.
5. Nəticələri analiz etmək
Bu həm də öz işini dəyələndirmək deməkdir. Nəticələri analiz etmək səhvləri vaxtında düzəltməyə və daha peşəkar olmağa kömək edəcəkdir. Əldə edilmiş nəticələri öyrənə və dinamikanı izləyə biləcəyiniz yoxlama nöqtələrini müəyyənləşdirin. Bu, şərhlər, sayta keçidlər, yayınlama əhatəsi və s. ola bilər. Həftəlik və aylıq analizlər apararaq, onları sizin üçün rahat hesabatlarda toplamağı tövsiyə edirik. Bu, hansı kontentin, rubrika, yaxud vizualın daha effektiv işlədiyini yaxşı anlamağa xidmət edir.
6. Müştəri ilə onun öz dilində danışmaq
Öz auditoriyanızla daimi dialoqa köklənin. Birlik birbaşa satışlar üçün yaradılmasa belə, maksimum müştəriyönümlü olmaq və sosial şəbəkələrin şirkətin üzü olduğunu dərk etmək vacibdir. Birliklə ünsiyyət üslubunu müəyyənləşdirərkən onun maraqlarını nəzərə alın.
Əgər abunəçilər öz əhəmiyyətini hiss etməsələr, faydalı məsləhətlərin, ruhlandırıcı sitat və gülməli şəkillərin az faydası olacaq. Onlara vaxtında cavab vermək, neqativi araşdırıb çətin məsələləri həll etmək – sosial şəbəkələrdəki işin mühüm hissəsidir.
7. SEO bilikləri
SEO çox vaxt təşkilatlarda ayrıca şöbə hesab edilsə də, o, digər fəaliyyət sahələrinə, xüsusən də kontent və sosial şəbəkələrə böyük təsir göstərməlidir. Əslində SEO sizin sosial şəbəkələrdəki strategiyanızda böyük təsirə malikdir. Savadlı SMM mütəxəssis bunu bilir və həmişə SEO-nu nəzərə alaraq sosial şəbəkələrdə kontent optimallaşdırılmasına səy göstərir. Siz sosial şəbəkələrdə SEO-nu öz strategiyanızın bir hissəsi kimi istifadə etdikdə böyük bir auditoriya cəlb edirsiniz ki, bu da potensial müştəri sayının artmasına gətirib çıxarır.
8. Bir az da pr-menecer olmaq
Yəqin elə bir biznes yoxdur ki, bir dəfə də olsun, blogerlərlə və fikir liderləri ilə əməkdaşlıq etməsin. Məhz bu əməkdaşlığın pərdəarxası əvəzolunmaz SMM-menecerin çiyinlərinə düşür. Axı hər şeydən öncə blogerlərin, onların hədəf auditoriyasıın analizini aparmaq, onların qiymət siyasətini təhlil etmək və onlardan hansı ilə daha məhsuldar nəticə alınacağını anlamaq lazımdır. Yeri gəlmişkən, bu, hələ hamısı deyil. SMM-menecer şirkəti elə təqdim etməlidir ki, bloger də onunla imtinasız çalışmaq istəsin. Məhz burada, bu mərhələdə köməyə bacarıqlar və PR anlayışı gəlir.