Faiq Yusifov küç 31A

Uğurlu brendinq sirləri

Ugurlu brendinqin sirleri biznesde ugur qazanmaq

Uğurlu Brendinq Sirləri

Uğurlu brendinqin sirri nədədir? Biznesi get-gedə artan rəqabətdən xilas etmək olarmı? Uğurlu biznes məsləhətçisi Marti Nyumeyer bütün dövrlərin ən yaxşı 100 biznes-kitabı siyahısına daxil olan “ZAG” kitabında bu suallara cavab verməyə cəhd göstərmişdir.

]zag-marty 

Bazar yüklənmələri

Dövrümüzdə gün ərzində üç minə qədər reklam məlumatları adamın üstünə yağır. Lakin Amerika Reklam Agentlikləri Assosiasiyasının göstəricilərinə görə, insan gündə yüz məlumatdan daha artığını qəbul etmək gücünə malik deyil. Həm də əksər reklam xəbərləri informasiya yüklüdür, informasiya elementləri isə çox vaxt aydın deyil və mövzuya dəxli olmur.

İnsan beyni yüklənmələrlə necə mübarizə aparacağını bilir: onu sadəcə blok edir. Şüurumuza düşərək, bizə daha faydalı və maraqlı görünən elementlər isə öz etiketini alıb, yaddaş yuvasına yerləşir. Yuva dolan kimi beyin oraya yeni informasiya əlavə etməyi dayandırır. Məhz bu fakt rəqabət prinsipinə təsir göstərmişdir.

Rəqiblər üçün maneə

Uğur zirvəsində qalmaqdan ötrü şirkətlər daima rəqiblər üçün maneələr qoymalıdır. Sənaye inqilabı vaxtlarında ən populyar maneə istehsal vasitələri idi.

Bu gün rəqabət üçün yeni sədd istehlakçıların öz şüurunda yaratdığı maneədir. Eyni cür mal və xidmətlərin ifrat dərəcədə artıq olması alıcıları vadar edir ki, bu düzənsiz kütlənin içərisindən ən yaxşı məhsulu seçmək üçün nəsə axtarıb tapsınlar. Hədsiz yüklənmələr dünyasında sizə təkcə fərq yox, radikal bir fərq gərəkdir.

Yeni qayda: hər kəs ZİQ edəndə, sən ZAQ et.

[] 

Ağ fəza axtarışı

Adətən biz yalnız mövcud olanlara fikir veririk. Rəssamlara məxsusi olaraq mövcud olanları (fiqurlar) və mövcud olmayanları (fon) qavramaq öyrədilir. Ona görə onlar başqalarının görmədiyini görürlər. Şirkətlər yeni bazar məkanı, yaxud ağ fəza (məkan) axtardıqda rəssamlar kimi düşünməlidirlər. Çünki bu, ZAQ axtarışının sirridir.

Polşalı mühacir İsidor Quss bu cür “ağ fəza” tapmış və Nyu-Yorkda turşu ticarəti təşkil etmişdi. Marinə edilmiş mallar elə nəhəng çəlləklərdəncə verilirdi.

Sonralar uğurlu bazar məkanlarına çevrilən “ağ məkan” nümunələri olaraq, stikerlər (Post-its), fon musiqisi (Muzak), militari üslubunda avtomobillər (Hummer), yığılıb-sökülən dizayner evləri (Dwell magazine), müştəri sifarişi ilə konfiqurasiya edilmiş kompüterlər (Dell), birbaşa aviaxətlər (Soutwest) və s. göstərilə bilər.

Brend nədir?

Bu, şirkətin özü tərəfindən idarə edilən reklam və loqotip deyil. Brend –  insanda hansısa bir məhsula, xidmətə və ya bütövlükdə şirkətə qarşı münasibətdə yaranan intuisiya duyğusudur. İnsanlar mövcud xaosu yoluna qoymaqdan ötrü brendlər yaradırlar.

Mənaca “brend”ə oxşar olan tək söz – “reputasiya”dır (nüfuz, şöhrət, ad). O da şirkət brendi kimi nəzarətinizdən kənarda qalır. Bu, sizin sözləriniz yox, başqalarının sizin haqqınızda söylədikləridir. Edə biləcəyiniz ən yaxşı iş ona müəyyən qədər təsir göstərməkdir. Bu gün insanların istədiyi şey etibarlı brendlərin olmasıdır. Adamlara zəhlətökənlik, boş vədlər və yükləmələr gərək deyildir.

] 

Brend və trend

Əlbəttə, siz trendləri nəzərə almadan da brend yarada bilərsiniz, amma bu halda ZAQ-ların enerjisini tam istifadə edə bilməyəcəksiniz. Fərq trendlə möhkəmləndirildiyi zaman nəticə alıcıların dəyişməyəcəyi xarizmatik brend olacaqdır.

Risk etməyən qazanmaz!

BMW Mini Cooper seriyasını işə salmaq qərarına gələndə araşdırmaların nəticələri göstərdi ki, miniatür maşın ideyası amerikalılara maraqlı deyil – hər kəs yüngül avtomobil istəyir. Bu “fakt”a baxmayaraq, BMW zaqmaysterləri əyləc əvəzinə qaz pedalına basıb yeni bir gəlirli bazar məkanına daxil oldular.

BMW-nin cəsur oğlanları ilə fizik Nils Borun ümumi çox şeyi var. Bir dəfə onun həmkarlarından biri alimlər qrupunda mübahisəli bir layihə təqdim etməli oldu. Çıxışdan dərhal sonra fizik Bordan onun işini necə qavradığını soruşduqda Bor cavab verdi: “Biz hamımız hesab edirik ki, sənin ideyan ağlasığmazdır. Lakin onun nə qədər ağlasığmaz olması barədə fikir ayrılığı yarandı”.

 

Leave a comment