Faiq Yusifov küç 31A
Targetinq xidmətləri
Targetinq Nədir?

Targeting – biznesin məhsul və xidmətlərini satmaq istədiyi potensial müştəri seçimidir. Targetinq strategiyasına bazarın seqmentləşdirilməsi, uyğun seqment seçimi və hər seqmentdə təklif olunacaq məhsulların müəyyənləşdirilməsi daxildir.

 
Targetinq niyə bu qədər vacibdir?

Targeting strategiyası olmadan məhsulunuzun irəliləməsi uçuruma məhkumdur.

Uğurlu satış etmək üçün kimə satdığınızı bilməli, sonra isə hər seqment üçün daha uyğun strategiya və metodlar seçməlisiniz.Effektiv plana malik olaraq, bu məqsədlərə çatmaq olar:

 

• Keyfiyyətli lidlər cəlb etmək. Yalnız ən çox sizin məhsulunuzda maraqlı olan potensial müştəriləri targeting edin.

Beləliklə, siz geniş auditoriya üçün reklama əlavə pul və güc sərf etməyəcəksiniz.

• Rəqabət qabiliyyətli olaraq qalmaq. Targetinginiz nə qədər dəqiqdirsə, bir o qədər rəqibi də arxada qoyursunuz.

Müştərilər həmişə relevant təklifləri olan brendləri seçirlər.

• Öz məhsul və xidmət keyfiyyətini yaxşılaşdırmaq.

Effektiv targetinq strategiyası işləyib hazırlamaq üçün öz auditoriyanızı təhlil etməlisiniz.

Siz müştərilərin tələb və istəklərini öyrənəcəksiniz.

Bu məlumat məhsul və xidmətinizi yaxşılaşdırmaqda sizə kömək edəcək.

Targetinqin Məqsədi

Targetinqin əsas məqsədi nədir? Müştərilərinizin kimliyini dəqiq bilirsiniz? Sizin mallarınız və xidmətləriniz üçün ideal müştərinin kim olduğunu bilirsinizmi? Onların necə insan və ya müəssisə olduğunu bilirsinizmi? Əgər məhsulunuzu birbaşa sonuncu istifadəçilərə satırsınızsa, sizdə demoqrafik məlumat vardır (məsələn, onların orta gəliri, təhsili, məşğuliyyəti, coğrafi vəziyyəti necədir) ki, bu da sizin məqsədli alıcınızı identifikasiya edir. Məqsədli müştərinizin həyat tərzi (məsələn, hobbisi, maraqları, siyasi inancları) haqda məlumatınız necə, varmı?

Targetingin növləri:

Tematik targeting. Müəyyən mövzu üzrə reklam məlumatlarının nümayişi;

Kontekstli targeting. İstifadəçi maraqlarına görə məlumatların nümayişi;

Geotargeting. Məqsədli auditoriyanızın coğrafi vəziyyətindən çıxış edən reklam nümayişi;

Davranış targetingi. Bu ən perspektivli targetinq tiplərindəndir. Davranış targetinqinin mahiyyəti istifadəçilərin hərəkətləri haqda informasiya toplanması mexanizminin tətbiq olunmasındadır: səyahət marşrutları, ziyarət üçün sevimli yerlər, alıcı davranışı və s. haqda.

Sosial-demoqrafik targeting. Bu – yaş, cinsiyyət, gəlir, sosial status əsasında olan targetingdir.

Rəqəmsal marketing sahəsində 5 illik təcrübəyə malik olan Focus Performance Marketing Agency biznesiniz üçün peşəkar səviyyədə targetinq xidmətləri təklif edir.

 

Xidmətimizdən yararlanmaq üçün bizimlə əlaqə saxlayın