Faiq Yusifov küç 31A
Digital marketinq
Digital marketinq 1 1
Digital marketinq nədir?

Digital marketing nedir? Son vaxtlar hamımız tez-tez hər bir şeyin rəqəmsallaşması, digital marketinq və internet marketinqi barədə eşidirik. Bəs digital marketing nedir? Bu sualı cavablandırmaq üçün sizə Focus Performance Marketing Agency mütəxəssislərinin qələmə aldığı məqaləni təqdim edirik.

Əvvəlcə ətrafınıza baxın. Böyük şəhərlərdəki insanların çevrəsinə nəzər salın. Bu gün insanlar kütləvi şəkildə qacetlərdən istifadə edirlər. Bu cihazlar internetə qoşulma yardımı sayəsində öz sahibləri ilə qarşılıqlı əlaqə təmin edir. Əlbəttə, bu – ilk növbədə smartfonlar, həmçinin digər daşınan qurğulardır. Məsələn, planşetlər, smart saatlar, qolbaqlar, ağıllı kolonkalar, smart TV və s.

Bu gün qacetlər alış-veriş etmək və xidmətlərdən yararlanmaq üçün başlanğıc nöqtəsi kimi xidmət edir. Hər hansı istifadəçinin smartfonunda siz ofisiantlardan hesabı gözləmədən şəhər, ölkə və dünya üzrə naviqasiya etməyə, maliyyə əməliyyatları aparmağa, kafe və restoranlardan sifarişlər verməyə və hesabı ödəməyə kömək edən çoxlu faydalı proqramlar tapa bilərsiniz. Digital marketing və ya rəqəmsal marketinq nəinki hədəf auditoriya haqda dəqiq və obyektiv məlumat toplayır, həm də brend və ya məhsul irəliləməsi nəticələrini izləyir.

Bir sözlə, digital və ya rəqəmsal marketinq – biznes üçün öz müştəriləri ilə onların personal qurğuları vasitəsilə qarşılıqlı əlaqə saxlamaq üsuludur. Əlbəttə, digital kommunikasiyaların əsas məqsədi kompaniya tərəfindən təqdim olunan mallar və xidmətlərə çəkilən istehlakçı xərcləridir (istehlakçının sərf etdiyi məbləğdir).

Digital marketinqin əsasları

Rəqəmsal marketinq təkcə rəqəmsal cihazlardan istifadə edərək tanıtım strategiyasının təyinatı deyil. O həm də müasir marketinq alətlərinin sinonimidir. Söhbət təkcə istehlakçıların bu gün internetdə çox vaxt keçirmələri və onlayn olmaq üçün mobil cihazlardan istifadə etmələri deyil.

Həddindən artıq yüklənmiş informasiya məkanında istehlakçıların diqqətini cəlb etmək çox çətindir. Belə ki, insanlar şirkətlərin təkliflərini yalnız öz maraq və tələblərinə uyğun gələndə qəbul etməyə hazırdırlar. Bu gün reklam kommunikasiyası müştərinin gözləri qarşısında lazımi vaxtda və lazımi yerdə olmalıdır. Yalnız bu halda şirkətin cavab olaraq istədiyi reaksiyanı almaq şansı olur.

Bu qaydada reklam kampaniyası həyata keçirmək üçün biznesə hədəf auditoriyasının tələblərini, onun seçim xüsusiyyətlərini dərindən anlamaq, həmçinin fərdiləşdirilmiş məlumatlar yaratmaq vacibdir. Bütün bu dəyişikliklər kompaniyaları öz istehlakçıları haqda məlumatlar toplamaq imkanları axtarmağa, istifadəçiləri alış-verişə cəlb edən hərəkətlərin mümkün ssenarisini anlamağa vadar edir.

Bu, çox kompaniyalar üçün ciddi texnoloji çağırışdır. O, bizi rəqəmsal marketinq əsaslarını müəyyənləşdirməyə yönəldir. Qacetlər təkcə əksər hallarda insanın tələblərinin mövcud həll axtarışının başlandığı şəbəkəyə giriş rolu oynamır. Smartfon həm də daima istifadəçi ilə birlikdədir. Bu, yalnız onun fəzada identifikasiyası üçün deyil, həmçinin onun onlayn profilinin offlayn reallıqda müqayisəsi üçün imkanlar açır.

Beləliklə, digital marketingin başlıca prinsipi təkcə müştəri ilə kontakt üçün onlayn kommunikasiyaların istifadəsi ilə deyil, həm də insan davranışı xüsusiyyətlərini onunla fərdi qarşılıqlı əlaqə kontekstinə uzlaşdırmaq metodu ilə bağlıdır. Kompaniya tərəfindən alınan məlumatlar və istifadəçi ilə qarşılıqlı əlaqə üçün uyğun vaxt seçimi onun tərəfindən arzuolunan cavab reaksiyası almaq və təbii ki, nəticə etibarilə, alış-verişin baş tutma imkanını artırır.

Digital marketinq 2
Digital marketinq 3
Kanal və texnologiyalar

Digital marketing kanallarını istifadə edərək, kompaniya öz onlayn məkanına istifadəçi axını əldə edir. Bu trafiki cəlbetmənin yekun məqsədi, əlbəttə ki, satışlardır. Amma müasir istifadəçi (istehlakçı) nadir hallarda brendlə təkcə kontakt əsasında alış-veriş edir. Ona görə də praktikada istifadəçiyə kompleks təsir tətbiq edilir ki, bu da dərhal bir neçə kommunikasiya istiqamətini əhatə edir.

 

 

Digital marketing nədən ibarətdir?

Digital marketingin hər bir aləti və kanalına ayrıca bir məqalə həsr etmişik. Ona görə də bu dəfə onları ətraflı araşdırmayacaq, sadəcə digital marketinqin ən yayılmış növlərinin adını çəkəcəyik:

 

  • rəqəmsal TV və onlayn-radio;

  • əlavələrdə, messencerlərdə, onlayn oyunlarda reklam;

  • SMS və MMS çatdırılma;

  • interaktiv və küçə diodişıqlı ekranlarda, özünəxidmət terminallarında reklam;

  • SEO və SEM – şəbəkədə axtarış marketinqi;

  • kontekstli reklam, bannerlər və tizer reklamı;

  • sayt sifarişi;

  • saytların yaradılması;

  • SMM (Sosial Media Marketing) – sosial şəbəkələrdə marketinq;

  • email-marketinq;

  • vebmasterin hər bir ziyarətçi və ya alıcını cəlb etmək üçün ödəniş aldığı partnyor marketinqi.

Artıq 5 ilə yaxındır ki, fəaliyyət göstərən və məhz kreativliyinə görə öz rəqiblərindən seçilən Focus Performance Marketing Agency Azərbaycanda, Bakıda yuxarıda sadalanan rəqəmsal marketinq xidmətləri çevrəsini 360° həyata keçirir və rəqəmsal marketinq kursları təlimi ilə peşəkar səviyyədə məşğul olur.

Digital marketinq 4
Xidmətimizdən yararlanmaq üçün bizimlə əlaqə saxlayın