Tikinti Şirkətləri üçün Sayt Hazırlanması
Hal-hazirda tikinti sektorunda rəqabət böyükdür.
Və ona görə veb-saytın mövcudluqu zəruridir.
Obyektlərinizi peşəkar
təqdim edin, böyük büdcəli müştəriləri cəlb edin
Reallıq
Tikinti şirkəti üçün sayt lüks deyil, satış kanalıdır
Aşağıdakı 3 vəziyyətdən biri sizə tanışdırsa — bu, artıq itirilmiş sifarişlər deməkdir.
Saytınız yoxdursa
Böyük büdcəli sifarişçi Google-da axtarır, sizi tapmır və birbaşa rəqibin saytına keçir. O sizin haqqınızda heç eşitmir belə.
Sayt köhnədirsə
Mobil cihazda düzgün açılmır, foto keyfiyyəti aşağıdır, obyektlər 3-4 il əvvəlki tarixlə qalıb. Bu, etibarsızlıq siqnalıdır.
Rəqiblər öndədirsə
Axtarış nəticələrində rəqib tikinti şirkətləri sizdən əvvəl çıxır. Klik, zəng və brif — hamısı onlara yönəlir.
Həll
Sayt tikinti sektorunun tələblərinə uyğun qurulur
Ümumi şablon deyil — hər modul tikinti şirkətinin real satış prosesinə xidmət edir.
-
Obyekt qalereyası modulu
PortfolioYaşayış / kommersiya / sənaye üzrə filtrlənən layihə qalereyası, foto və video dəstəyi ilə. Sifarişçi öz obyektinə bənzər işi bir neçə saniyəyə tapır.
-
Xidmət səhifələri strukturu
SEOLayihələndirmə, tikinti, təmir-bərpa, dizayn — hər xidmət ayrıca səhifədə, öz açar sözləri ilə. Axtarış sistemi hər səhifəni ayrı-ayrılıqda indeksləyir.
-
Mobil-adaptiv + sürətli yüklənmə
PerformansSayt bütün cihazlarda düzgün görünür və 2-3 saniyə ərzində açılır. Sifarişçi tərk etmədən qərara gəlir.
-
Lokal SEO / xəritə inteqrasiyası
GörünürlükGoogle Xəritə inteqrasiyası və rayon üzrə optimallaşdırma sayəsində "Bakıda tikinti şirkəti" tipli axtarışlarda görünürsünüz.
-
Smeta sorğu forması
KonversiyaBu sahədə çağırış adətən "zəng et" yox, "smeta al" formatında olur. Forma məhz bu niyyətə uyğun qurulur.
Suallar
Tez-tez verilən suallar
Qiymət, müddət və zəmanətlə bağlı ən çox verilən suallara cavab.


