Skip to main content Scroll Top

Mobil Marketinq

Mobil m1 819x1024
MOBİL MARKETİNQ NƏDİR?

Mobil marketinq (ingiliscə mobile marketing) – mobil qurğuların yardımı ilə məhsulları və ya xidmətləri irəlilətmək üsuludur. Bu strategiyanın üstünlüyü vaxtı və potensial müştəri yerləşməsini nəzərə almaqla kontentin fərdiləşməsindədir.

MOBİL MARKETİNQİN ƏHƏMİYYƏTİ

Mobil marketinq artıq günümüzün tələblərindən birinə çevrilib. İstifadəçilər öz vaxtlarının 89%-ni mobil tətbiqlərdə keçirirlər ki, bu da mobil qurğuları aparıcı kommunikasiya vasitəsi edir.

Mobil qurğularda kontentin ümumi görkəmi və həcmi onların kiçik ölçüsü ilə əlaqədar sadələşdirilmişdir. Bu qurğular kompüterlərdən kiçik və yüngül olduğu üçün istifadəçilər olduqları yerdəcə alış-veriş edə bilirlər. Smartfonlar alış-veriş etmək vaxtını 20%-dək tezləşdirir. 50% mobil qurğu istifadəçisi elə öz smartfonlarından ani alış-verişlər etməyə üstünlük verir. 91% telefon istifadəçisi uyğun elanlara baxdıqdan sonra müəyyən məhsulları əldə etməyi planlaşdırır, yaxud alırlar. 40% onlayn-tranzaksiyalar mobil qurğularda həyata keçirilir.

Mobil m2 819x1024
Mobil m3 819x1024
MOBİL MARKETİNQİN ƏSASLARI

Mobil marketinqin aşağıdakı növləri vardır:

  • Mobil tətbiqlər
  • Oyundaxili reklam
  • QR-kodlar
  • Mobil banner reklamı
MOBİL MARKETİNQDƏN
NECƏ İSTİFADƏ OLUNMALI?

Mobil marketinqdən istifadə bu şəkildə həyata keçirilir:

Hədəf auditoriyanın tədqiq edilməsi

Hər şeydən öncə faydalı informasiya toplamaq üçün istifadəçilərin demoqrafik məlumatlarının dəqiq tədqiqatı aparılır. Onların nəyi xoşladığını öyrənilir, daxil olduqları saytlar, istifadə etdikləri tətbiqlər və s. müəyyənləşdirilir.

Alınmış məlumatlar effektiv reklam qurmağa kömək edir.

Sosial şəbəkə imkanlarından istifadə

Yaxşı düşünülmüş reklam kampaniyası böyük sayda sosial şəbəkə istifadəçisi cəlb edərək, internetdə effektiv şəkildə brend irəlilətməyə qadirdir.

Məqsədlərin müəyyən edilməsi

Nəticələri ölçüb, konkret mobil marketing strategiyası inkişafını yalnız o halda dəyərləndirmək mümkündür ki, kampaniyanın məqsədləri öncədən müəyyən edilmiş olsun.

Reklam kampaniyalarının mobil qurğulara uyğunlaşdırılması

Məqsəd mobil qurğuların yardımı ilə brendi irəlilətməkdirsə, mobil istifadəyə uyğun kontent, tətbiqlər və ya veb-saytlar yaratmaq gərəkdir.

Geo-ayarlar

İmtina göstəricisi azaltmağın daha effektiv üsullarından biri relevant hədəf auditoriya elanlarının nümayişidir.

Google Trends, GPS kimi alətlərdən, potensial müştərinin demoqrafiyasına uyğun reklam göndərmək üçün Local Inventory Ads kimi tətbiqlərdən istifadə edilə bilər.

Unikal mobil qurğu imkanlarının araşdırılması

Mobil telefonun müxtəlif funksiyalarından yararlanıb, manipulyasiya edilməsi mümkün olan elanlar yaradılır. İstifadəçilərə rahat və maraqlı birgə iş imkanları təqdim edilir.

Məsələn, dayandırılması mümkün olmayan videoelanlar əvəzinə dayandırılması, təkrar çevrilməsi, göndərilməsi və s. mümkün olan reklamlar yerləşdirilir. Beləcə, müştərilər məhsul barəsində daha aydın təsəvvür əldə edirlər.

Stimul təklifi

Potensial müştəriləri birgə çalışmağa vadar edən hər hansı hədiyyələr və ya təkliflər təqdim edilə bilər.

Mobil m4 819x1024

Tez-tez verilən suallar

Mobil marketinqdə hədəf auditoriya necə tədqiq olunur?

İstifadəçilərin demoqrafik məlumatlarının dəqiq tədqiqatı aparılır, onların nəyi xoşladığı, daxil olduqları saytlar və istifadə etdikləri tətbiqlər müəyyənləşdirilir. Alınmış məlumatlar effektiv reklam qurmağa kömək edir.

Sosial şəbəkələr mobil marketinqdə hansı rolu oynayır?

Yaxşı düşünülmüş reklam kampaniyası böyük sayda sosial şəbəkə istifadəçisi cəlb edərək, internetdə brendin effektiv şəkildə irəliləməsinə imkan verir.

Mobil marketinq kampaniyasının nəticələrini ölçmək üçün nə lazımdır?

Konkret mobil marketinq strategiyasının inkişafını yalnız o halda dəyərləndirmək mümkündür ki, kampaniyanın məqsədləri öncədən müəyyən edilmiş olsun. Buna görə məqsədlər kampaniyaya başlamazdan əvvəl müəyyənləşdirilməlidir.

Reklam kampaniyaları mobil qurğulara necə uyğunlaşdırılır?

Məqsəd mobil qurğuların yardımı ilə brendi irəlilətməkdirsə, mobil istifadəyə uyğun kontent, tətbiqlər və ya veb-saytlar yaradılmalıdır.

Geo-ayarlar imtina göstəricisini necə azaldır?

İmtina göstəricisini azaltmağın daha effektiv üsullarından biri relevant hədəf auditoriyaya elanların nümayişidir. Bunun üçün Google Trends, GPS kimi alətlərdən, potensial müştərinin demoqrafiyasına uyğun reklam göndərmək üçün isə Local Inventory Ads kimi tətbiqlərdən istifadə edilə bilər.

Mobil qurğuların unikal imkanları reklamda necə istifadə olunur?

Mobil telefonun müxtəlif funksiyalarından yararlanaraq istifadəçilərin manipulyasiya edə biləcəyi elanlar yaradılır. Məsələn, dayandırıla bilməyən videoelanlar əvəzinə dayandırıla, təkrar çevrilə və göndərilə bilən reklamlar yerləşdirilir, bununla müştərilər məhsul barəsində daha aydın təsəvvür əldə edirlər.

Potensial müştəriləri kampaniyada iştiraka necə həvəsləndirmək olar?

Stimul təklifi çərçivəsində potensial müştəriləri birgə çalışmağa vadar edən hər hansı hədiyyələr və ya təkliflər təqdim edilə bilər.