Skip to main content Scroll Top

Performans Agentlik Nədir və Necə İşləyir

8d2c162f-d8ec-465d-a707-b2a8a20b237b

Reklama pul xərcləyirsiniz, amma bu pulun nə qədər qayıtdığını dəqiq bilmirsiniz? Performance marketinq məhz bu sualı həll etmək üçündür.

Performance marketinq nədir

Sadə dillə desək, bu, ölçülə bilən nəticə üçün marketinqdir. Bizi like və abunəçi sayı maraqlandırmır. Maraqlandıran budur: nə qədər sərmayə qoyursunuz və müqabilində nə qazanırsınız.

Performance agentliyi hər addımı rəqəmə çevirir: reklama xərclənən hər manata neçə müraciət gəlir, bu müraciətlərin neçəsi real satışa çevrilir. İmic kampaniyaları da keçirə bilərik, brendin tanınırlığını artırmaq da vacibdir. Amma əksər biznes üçün əsas göstərici puldur.

Yaxşı reklam “çox baxış” gətirən reklam deyil, qazandıran reklamdır.

Performance agentliyi tək mütəxəssisdən nə ilə fərqlənir

Tək reklamçı əla ola bilər, amma o yenə də bir nəfərdir. Xəstələnə bilər, başqa layihəyə keçə bilər, hətta bir gün cavab verməyə də bilər. Agentlikdə isə hesabınıza bir deyil, bir neçə adam baxır: reklam mütəxəssisi, analitik, dizayner, veb komandası. Biri məzuniyyətə çıxsa belə, iş dayanmır.

İkinci fərq təcrübədir. Müxtəlif sahələrdən və fərqli büdcələrlə onlarla layihə görən komanda yeni tapşırığa sıfırdan başlamır, nəyin işlədiyini artıq bilir. Üçüncüsü, uyğunlaşmadır. Alqoritmlər dəyişir, rəqiblər artır, qiymətlər qalxır. Bizim üçün hər dəyişiklik yeni test üçün fürsətdir və bunun üçün həm resursumuz, həm də təcrübəmiz var.

Focus-da bu necə işləyir

Biz Bakıda reklam agentliyi kimi Google Ads və Meta Ads kampaniyalarını idarə edirik, SMM və SEO ilə brendinizi uzunmüddətli böyüdürük. Hər şey bir məntiqə söykənir: əvvəl rəqəmlərə baxırıq, sonra qərar veririk. Müştəriyə “bir dəfəlik satış” kimi baxmırıq, biznesiniz böyüyəndə biz də böyüyürük.

Rəqəmlərlə nəticə

Real kabinetlərdən bir neçə nəticə: başlanğıc ilə indiki vəziyyət arasındakı fərq.

CMC

Instagram: kontentlə qarşılıqlı əlaqə

+827%
Əvvəlki 28 günSon 28 gün
78yazışma başlayıb +100%
47yeni əlaqə +62%
90,9%cavab dərəcəsi +26%

Safeline

Google Ads: Performance Max kampaniyası

11,36%
Başlanğıcİndi (göstəriş)
13 878sayta klik
11,36%CTR (klik nisbəti)

Hansı seçimi etməli

Kiçik və sadə reklam üçün tək mütəxəssis də kifayət edə bilər. Amma biznesiniz böyüyürsə, bir neçə kanalda reklam verirsinizsə və nəticənin stabil olmasını istəyirsinizsə, performance agentliyi daha rahat və daha təhlükəsiz yoldur. Çünki sizin pulunuz bir adamın əhval-ruhiyyəsindən yox, komandanın sistemindən asılı olur.

Bizə MÜRACİƏT Edin

    Hidden fields