Faiq Yusifov küç 31A
Brend dİzayn
Brendinq 1
BREND DİZAYN NƏDİR?

Brend dizayn bazara yönəldilmiş mala və ya xidmətə istehlakçı marağı cəlb etmək məqsədi daşıyan dizayn istiqamətidir. Bu işdə əsas vurğu həmişə öz seçimini bu və ya digər məhsulun xeyrinə etməli olan məqsədli auditoriyaya yönəlir. Focus Performance Marketing Agency olaraq, vəzifəmiz bazarda istehlakçının nəyə üstünlük verdiyini araşdırmaq, rəqabət mühitinə baxaraq, rəfdəki məhsulu savadlı differensiasiya etməkdir.

Şirkət brendinin işlənməsi bazara buraxılan məhsulun tanıdılmasına və öz istehlakçısını tapmasına yardım edir. Focus Performance Marketing Agency mütəxəssisləri vizual obrazın tərkib hissələri üzərində müvəffəqiyyətlə çalışır və öz işlərində ən effektiv müasir dizayn alətlərindən istifadə edirlər.

Brend atributları üzərində iş bu mərhələlərə bölünür:

  • Firma üslubunun yaradılması;
  • Qablaşdırma/etiket dizaynı tərtibatı;
  • Loqotip tərtibi;
  • Brendbuk yaradılması;
  • Reklam kampaniyası strategiyasının işlənilməsi.
BREND DİZAYNIN YARADILMASI VƏ NİYƏ MƏHZ FOCUS PERFORMANCE MARKETiNG AGENCY?

Brend dizaynın yaradılması brendin hər bir detalı üzərində ayrıca işləmək deməkdir. İş zamanı mütəxəssislərimiz yüksək peşəkar hazırlığı və dəyişkən istehsalat tendensiyalarına qarşı yaradıcı həssaslığı rəhbər tutaraq, əsasən bu xüsusiyyətlərə diqqət ayırırlar:

  • Yaddaqalanlıq – hətta ən kiçik bir detalla gələcək brendin asan tanınmasının təmini. Bu, şriftlə yazılmış loqotip, firma nişanı və yaxud onun parlaq  və gözəçarpan tərkib hissəsi ola bilər.
  • Sadəlik – əlavə bir şey düşünmək zərurəti olmadan və ya fantaziya işlətmədən lakonik və aydın bir obrazın yaradılması.
  • Universallıq – müxtəlif bazarlarda onun gələcək təqdimatlarında daha çox tanınmış elementin istifadəsi.
  • Kreativlik – rəqiblərdən seçilməyə imkan verən orijinal bir elementin daxil edilməsi.
  • Kommunikabellik – müxtəlif daşıyıcılara və kommunikasiya kanallarına adaptasiya olmaq qabiliyyətinin inkişafı.

Brend dizayn işində bizim peşəkarlığımız və yekdil komandamız bütün işləm aspektlərinə xüsusi diqqət ayırır. Yaradılmış obrazın maksimum bütöv, tam və aydın olması xüsusilə vacibdir. Məhz buna görə biz öz işimizdə istehlakçı qavrayışının ən xırda nüans və incəliklərini nəzərə almağa çalışırıq.

hand putting brand word written wooden ball scaled
Xidmətimizdən yararlanmaq üçün bizimlə əlaqə saxlayın