Skip to main content Scroll Top

SEO Xidməti

60bfcd12-60e8-4403-8245-85ec766747c71

SEO NƏDİR?

Search Engine Optimization  – Yani SEO Xidməti, Google-da daha yüksək mövqelər, daha çox orqanik (canlı, reklamsız) trafik və daha çox satış əldə etmək üçün həyata keçirilən kompleks optimizasiya prosesidir.

60bfcd12-60e8-4403-8245-85ec766747c7

SEO MƏNƏ LAZIMDIRMI?

Müştəriləriniz sizi Google-da axtarırsa, SEO biznesiniz üçün vacibdir . Saytınızın axtarış nəticələrində daha yüksək mövqelərdə görünməsi brend etibarını artırır, daha çox hədəf müştəri cəlb edir və uzunmüddətli satış artımı təmin edir.

Texniki audit

3–7 gün

On-page SEO

1–3 həftə

Rəqib analizi

2–5 gün

Link building

Davamlı

Açar söz araşdırması

3–7 gün

Monitorinq

Aylıq

SEO Nə Qədər gedir?

415876d1-3032-4dd6-8bae-e4603c7d302b

SEO hansı xidmətlərdən ibarətdir?

Axtarışda yüksək mövqe tək bir əməliyyatın deyil, bir-birini tamamlayan bir neçə işin nəticəsidir. Focus Agency SEO xidməti çərçivəsində aşağıdakı istiqamətlər üzrə çalışır.

  • Açar sözlərin seçilməsi

    Müştərilərinizin Google-da həqiqətən nə axtardığını araşdırırıq. Xidmət və məhsullarınıza uyğun sorğuları seçməklə saytı daha çox potensial alıcıya çatdıran istiqamətləri müəyyən edirik.

  • Rəqiblərin təhlili

    Sektorunuzda axtarışda öndə olan saytların hansı səhifələr, sorğular və yanaşmalarla irəlilədiyini öyrənirik. Bu, həm öz üstünlüklərinizi, həm də hələ boş qalan imkanları görməyə kömək edir.

  • Semantik nüvənin qurulması

    Toplanmış sorğuları mövzu və istifadəçi niyyətinə görə qruplaşdırır, hər qrupu uyğun səhifəyə bağlayırıq. Nəticədə saytın strukturu həm ziyarətçilər, həm də axtarış sistemləri üçün aydın olur.

  • Daxili və xarici SEO

    Səhifə daxilindəki elementləri — başlıqlar, meta teqlər, daxili keçidlər — qaydaya salır, eyni zamanda saytın xarici etibarını gücləndirən keçid və mənbələr üzərində işləyirik.

  • Texniki SEO tapşırıqları

    Yavaş yüklənmə, indeksləmə və kanonik problemləri, mobil uyğunsuzluq kimi texniki çatışmazlıqları aşkarlayır və proqramçılar üçün dəqiq, icra edilə bilən tapşırıqlar hazırlayırıq.

  • Kontentin optimallaşdırılması

    Mövcud və yeni mətnləri istifadəçi suallarına və axtarış sistemlərinin tələblərinə uyğunlaşdırırıq ki, səhifələr daha yaxşı mövqe tutsun və sayta gələn trafik artsın.

60bfcd12-60e8-4403-8245-85ec766747c73

NƏTİCƏLƏR NƏ VAXT GÖRÜNÜR?

SEO uzunmüddətli işdir. İlk texniki nəticələr adətən 1–3 ay, trafik artımı 3–6 ay, sabit TOP mövqelər isə 6–12 ay ərzində formalaşır. Müddət layihənin vəziyyətindən və rəqabətdən asılıdır. Burada səbr etmıyiniz vacibdir.

SEO-da istifadə etdiyimiz alətlər

SEO işlərini təxminlərə yox, məlumata əsaslanaraq aparırıq. Aşağıda xidmət çərçivəsində istifadə etdiyimiz əsas platformalar və onların hər birinin rolu göstərilib.

  • Monitorinq

    Google Search Console

    Saytın Google axtarışında görünməsini, indeksləmə vəziyyətini və sorğular üzrə mövqeləri izləyirik.

  • Analitika

    Google Analytics 4

    Trafik mənbələrini, istifadəçi davranışını və konversiyaları ölçür, SEO nəticələrini rəqəmlərlə qiymətləndiririk.

  • Analitika

    Google Tag Manager

    Analitika və izləmə teqlərini saytın koduna toxunmadan idarə edir, hədəf hadisələri dəqiq qeydə alırıq.

  • Açar sözlər

    Google Keyword Planner

    Sorğuların axtarış həcmini və rəqabət səviyyəsini qiymətləndirərək semantik nüvə üçün əsas məlumatı toplayırıq.

  • Açar sözlər və rəqiblər

    Semrush

    Açar sözləri, rəqib saytların mövqelərini və mövzu boşluqlarını araşdırmaq üçün istifadə edirik.

  • Backlink analizi

    Ahrefs

    Backlink profilini, rəqiblərin istinad mənbələrini və saytın xarici etibarını təhlil edirik.

  • Texniki audit

    Screaming Frog

    Saytı axtarış robotu kimi skan edərək xətalı səhifələri, təkrarlanan başlıqları və keçid problemlərini tapırıq.

  • Sayt auditi

    SEOptimer

    Saytın SEO vəziyyəti üzrə sürətli audit aparır və ilkin çatışmazlıqları aşkarlayırıq.

  • WordPress SEO

    Rank Math

    WordPress saytlarında meta teqləri, sxem markalamasını və sayt xəritəsini idarə edirik.

  • Sürət

    PageSpeed Insights

    Mobil və desktop üçün yüklənmə sürətini və Core Web Vitals göstəricilərini yoxlayırıq.

  • Keyfiyyət auditi

    Lighthouse

    Səhifənin performansını, əlçatanlığını və SEO əsaslarını brauzerdə ətraflı audit edirik.

  • Performans

    GTmetrix

    Səhifənin yüklənmə vaxtını və sürəti ləngidən elementləri müəyyən edirik.

  • Monitorinq

    Bing Webmaster Tools

    Saytın Bing axtarışında indeksləşməsini və görünməsini izləyirik.

  • Monitorinq

    Yandex Webmaster

    Yandex axtarışında indeksləşməni və saytın görünməsini izləyirik.

  • GEO / AEO

    ChatGPT

    AI cavablarda brendin necə təqdim olunduğunu yoxlayır, kontent ideyaları və sorğu ssenariləri hazırlayırıq.

  • GEO / AEO

    Perplexity

    Mənbə göstərən AI axtarışda saytın və rəqiblərin görünməsini araşdırırıq.

  • GEO / AEO

    Google AI Studio

    Google-un AI modelləri ilə sorğu və kontent ssenarilərini sınaqdan keçiririk.

  • GEO / AEO

    Claude

    Mətnlərin təhlili, struktur və texniki tapşırıqların hazırlanmasında AI köməkçi kimi istifadə edirik.

60bfcd12-60e8-4403-8245-85ec766747c72

SEO qiyməti nədən asılıdır?

 

SEO xidmətinin qiyməti layihənin ölçüsünə, rəqabət səviyyəsinə, saytın hazırdaki vəziyyətinə və hədəflənən bazara görə dəyişir. Focus Performance Agency Rəqəmsal Marketing Agentliyi olaraq hər layihə üçün fərdi strategiya və şəffaf qiymətləndirmə təqdim edir.

focus AGEncy sizə nə təklif edir

Audit
Texniki analiz və SEO yoxlanışı.
GEO/AEO
AI axtarışlarında görünürlük.
E‑commerce SEO
Məhsul səhifələrinin optimizasiyası.
Google Ads
ROI yönümlü reklam idarəsi.
YouTube SEO
Videoların optimizasiyası.
Nüfuz İdarəsi
Onlayn reputasiyanın qorunması.

SEO keyslərimizlə tanış olun

FAQ — SEO xidməti haqqında tez-tez verilən suallar

SEO nəticələri adətən 3–6 ay ərzində müşahidə olunmağa başlayır. İlk mərhələdə texniki optimizasiya və indekslənmə yaxşılaşır, daha sonra isə üzvi trafik və açar söz mövqelərində stabil artım yaranır. Rəqabət səviyyəsi və saytın başlanğıc vəziyyəti müddətə birbaşa təsir edir.

Reklam (Google Ads və s.) dərhal trafik gətirir, lakin büdcə dayandıqda nəticə də dayanır. SEO isə uzunmüddətli strategiyadır və saytın axtarış sistemlərində davamlı görünürlüğünü təmin edir. Uzun perspektivdə müştəri əldə etmə xərci daha aşağı olur.

SEO xidməti texniki audit, açar söz analizi, kontent optimizasiyası, daxili strukturun yaxşılaşdırılması, link building və davamlı performans monitorinqindən ibarətdir. Məqsəd yalnız trafik artırmaq deyil, hədəf auditoriyanı cəlb etməkdir.

Onlayn müştəri əldə etmək istəyən demək olar bütün bizneslər üçün SEO vacibdir. Xüsusilə lokal xidmətlər, e-commerce saytları və korporativ veb-saytlar üçün axtarış görünürlüğü əsas trafik mənbələrindən biridir.

Qiymət layihənin ölçüsünə, sahədəki rəqabətə, saytın texniki vəziyyətinə və tələb olunan iş həcminə görə formalaşır. Standart paket yanaşması əvəzinə strategiya biznes məqsədlərinə uyğun qurulur.

Əksər hallarda sayt tam yenilənmir. Mövcud struktur üzərində texniki və məzmun optimizasiyası aparılır. Yalnız ciddi texniki problemlər olduqda struktur dəyişiklikləri tövsiyə olunur.

Link building digər etibarlı saytların sizin sayta istinad etməsidir. Bu bağlantılar axtarış sistemlərinə saytın etibarlı və nüfuzlu olduğunu göstərir və reytinq artımına təsir edir.

Düzgün strategiya tətbiq edildikdə SEO nəticələri uzunmüddətli olur. Lakin rəqiblər və axtarış alqoritmləri daim dəyişdiyi üçün davamlı optimizasiya və monitorinq tələb olunur.

SEO Blog