Skip to main content Scroll Top

Klinikalar üçün vebsayt düzəldilməsi

tibb

Klinikalar üçün vebsayt düzəldilməsi

Tibb sahəsində veb-saytın mövcudluqu çox vacibdir. 
Burada, fərqli olaraq, YMYL (Your Money or Your Life) və Google-un EEAT (təcrübə, ekspertlik, nüfuz, etibar) standartıarına uyğunluq ilk növbədərdir.
Ardınca, biz öz təcrübəmizə əsaslanaraq sayt hazırlama üslubundan danışacayıq.

Yanaşma

Klinika saytlarında diqqət etdiyimiz detallar

Hər detal ya pasiyent etibarına, ya da axtarış sistemində görünürlüyə birbaşa təsir edir.

Həkim profilləri

Ad, ixtisas, təcrübə və sertifikat — Google-un etibar tələbinə cavab verir.

Lisenziya və akkreditasiya

Rəsmi sənədlər görünən yerdə — etibarın ilk sübutu.

Onlayn qeydiyyat

Randevu üçün zəngə ehtiyac qalmır, birbaşa saytdan yazılır.

Xidmət səhifələri

Hər bölmə ayrı səhifədə — uzun-quyruq axtarışlar üçün.

Qiymət siyahısı

Şəffaf qiymət — həm etibar, həm axtarışda üstünlük.

Pasiyent rəyləri

Real rəylərin inteqrasiyası, uydurma reytinq olmadan.

Avadanlıq / texnologiya

Diaqnostika imkanları əlavə etibar siqnalı yaradır.

Filial xəritəsi

Hər filial üçün ayrı ünvan və əlaqə — lokal SEO üçün vacib.

Sənayeyə xas FAQ

Sığorta, təcili qəbul, onlayn konsultasiya kimi real suallar.

Məlumatların qorunması

Forma yanında qısa qeyd — həssas məlumat üçün əlavə güvən.

tibb2

Niyə biz?

Focus Agency olaraq bizim tibbi sahədə geniş təcrübəmiz var. 
Və biz bu cür saytların strukturları ilə ətraflı tanışıq.
Aşagıda biz öz portfoliomuzla sizinlə bölüşəcəyik

Suallar

Tez-tez verilən suallar

Klinika saytı sifariş etməzdən əvvəl bilmək istədiyiniz məqamlar.

Müddət klinikanın quruluşundan asılıdır — neçə həkim profili, neçə xidmət bölməsi olacağı, onlayn qeydiyyat sisteminin mürəkkəbliyi. Kiçik layihələr bir neçə həftədə, çoxfilial və geniş funksionallıqlı layihələr bir neçə ayda tamamlanır. Dəqiq müddəti brif əsasında müəyyən edirik.
Bəli. İdarəetmə panelindən yeni həkim profili əlavə etmək, xidmət və qiymət məlumatlarını yeniləmək, bloq yazısı yerləşdirmək mümkündür. Təhvil zamanı komandanıza qısa təlim keçirik.
Bəli, saytda tarix və saat seçimi olan qeydiyyat forması qururuq. Əgər artıq istifadə etdiyiniz bir randevu/CRM sisteminiz varsa, inteqrasiya imkanını brif mərhələsində araşdırırıq.
Bəli, səhiyyə sahəsində fəaliyyət göstərən müştərilər üçün saytlar hazırlamışıq. Nümunələri portfolio bölməsində göstəririk.
Hər həkim üçün ayrı profil kartı qururuq — foto, ixtisas, təcrübə illəri, sertifikat şəkilləri. İlkin doldurmanı bizim tərəfimiz edir, sonradan siz idarəetmə panelindən yeniləyə bilərsiniz.
Bəli, hər filial üçün ayrı ünvan, əlaqə nömrəsi və xəritə bloku əlavə edilir. Bu, həm istifadəçi rahatlığı, həm də lokal axtarışlarda görünürlük üçün vacibdir.
Sayt texniki SEO əsaslarına uyğun qurulur — sürət, mobil uyğunluq, düzgün struktur və sxem işarələməsi. Konkret mövqeyə görə zəmanət vermirik, çünki bu axtarış sisteminin alqoritmindən asılıdır; nəticəni sürətləndirmək üçün ayrıca SEO xidməti təklif edirik.
Təhvildən sonra müəyyən müddət ərzində texniki zəmanət daxildir. Bundan sonra istəyə görə aylıq dəstək və yeniləmə paketi təklif edirik.