Skip to main content Scroll Top

Dr. İbrahim Rzayev

DR. İBRAHİM RZAYEV

Dermatoloq, trixoloq

Əməkdaşlıq müddəti: 2025–davam edir
Gördüyümüz işlər: SMM, postların dizaynı, motion qrafika, reels hazırlanması, reklam kampaniyaları, podkast çəkilişi və montajı, saytın quruluşu və dizaynı

Dr. İbrahim Rzayev ilə əməkdaşlığımız çərçivəsində onun sosial şəbəkə hesablarının peşəkar şəkildə idarə olunması və şəxsi brendinin gücləndirilməsi istiqamətində kompleks strategiya həyata keçirdik. Sosial media üçün müasir dizaynlı postlar, motion qrafikalı kontent və cəlbedici reels videolar hazırladıq, paralel olaraq effektiv reklam kampaniyaları ilə bu məzmunların daha geniş auditoriyaya çatdırılmasını təmin etdik. Bundan əlavə, həkimin fəaliyyətini daha yaxından tanıtmaq və izləyicilərlə ünsiyyəti gücləndirmək məqsədilə podkast çəkilişləri təşkil etdik və montajını həyata keçirdik. Görülən işlərin nəticəsində kontent ümumilikdə 45 min baxış topladı, 105 min istifadəçiyə çatdı və profilə 7 min baxış qeydə alındı. Layihə çərçivəsində həmçinin Dr. İbrahim Rzayev üçün funksional və müasir dizayna malik veb-sayt da qurulub istifadəyə verildi.