Faiq Yusifov küç 31A
Growth marketing nədir?
Group 232 1

Growth marketing nədir?

Growth marketing – vəzifəsi eksperiment və testlərin köməyilə ideal biznes inkişafı yolunun tapılması olan təkamülçü marketinq növüdür.

Əgər klassik marketoloqlar çox vaxt məhsulun tanınması və yeni istifadəçilərin cəlb edilməsi kimi məsələlərə diqqət yetirirlərsə, growth daha çox qarşılıqlı kross-kanal və kross-komanda təsirinə konsentrasiya olur ki, orada satış prosesinin hər bir mərhələsinə çox diqqət ayrılır.

Klassik marketoloq və growth marketoloq arasında əsas başlıca fərq məsuliyyət və cavabdehlik səviyyəsindədir. Klassik marketoloq qısamüddətli məsələləri necə həll etməyi, growth marketoloq isə bütövlükdə satış prosesi barədə fikirləşir. O, istifadəçinin təkrar alış-veriş etməsi üçün hər şeyi etməyə çalışır.

Growth marketoloq nə ilə məşğul olur?

1. Growth marketoloq hətta alış-verişdən sonra belə istifadəçinin davranışını təhlil edir.

Growth-marketoloq analitiklə birgə prosesin hər bir sahəsini izləyir və oradakı istifadəçi davranışını təhlil edir. Bu – nəyin işlədiyini, nələri isə yaxşılaşdırmaq gərək olduğu u bildirir. Nəticədə necə yaxşı referal proqram qurmağın mümkünlüyü barədə hipotezlər meydana çıxır.

2. Growth marketoloq aha məqamını tapmaqda istifadəçiyə kömək edir.

Aha məqamı – insanın məhsulun dəyərini anladığı və ondan istifadə etmək qərarını verdiyi andır. Growth-marketoloqun vəzifəsi elə etməkdir ki, bu məqam istifadəçilər və ya müştərilərlə daha tez-tez baş versin.

3. Growth marketoloq istifadəçini əldə saxlamaq üçün məhsulu dəyişir.

Growth marketoloq daima məhsul dəyişikliyi barədə düşünür. O, trafik alaraq, məsələn, istifadəçinin təkrar ödəniş vaxtı harada büdrədiyinə fikir verir. Sonra müəyyən nəticələr çıxarır və hipotezlər qurur: istifadəçini əldə saxlamaq üçün hansı məhsul dəyişilməlidir qərarını verir.

 Growth komandası necə yaradılmalıdır?
 

Growth komandası təkcə marketoloqlardan ibarət deyil. Ciddi marketoloqların hətta onu da yığılsa, onların şəxsi keyfiyyətləri birgə effektli iş üçün yetərli olmayacaq.

Komandada həm də məhsul mütəxəssisləri, data-analitiklər və developerlər olmalıdırlar.

Growth komandasının işi marketoloqların “əla” iddialarına yox, konkret hipotezlərə əsaslanmalıdır. 

Onlar isə öz növbəsində satış prosesinə və analitiklərin topladığı məlumatlara istinad etməlidirlər. Başlıcası – tez-tez onları yoxlamaq və prosesdə səhv etməkdən qorxmamaqdır.
 

Growth marketinqin əsas qaydaları

Growth – bütün proses mərhələlərinin təhlilidir. Əgər artıq alış-veriş etmiş olsa belə, istifadəçinin hər bir addımı təhlil edilməlidir. Hər mərhələdə çoxlu referal sistemlər qurmaq imkanları vardır.

Growth həm də istifadəçini əldə saxlamaq deməkdir. Adi marketoloqlar hesab edirlər ki, istifadəçini yalnız bircə dəfə “almaq” gərəkdir. Əgər o qayıtmasa, bu, artıq məhsulun problemidir. Growth marketoloqlar isə belə hesab etmirlər. Onlar istifadəçiləri var-gücləri ilə saxlayırlar.