Biznes həm qarışıq, həm də yalnız qadınlardan, ya da yalnız kişilərdən ibarət olan auditoriyalara istiqamətlənə bilər. İstehlak məsələləri ilə məşğul olan psixoloqlar hər iki cins nümayəndələrinin alış-veriş prosesini müşayiət edən bəzi özəllik və alqoritmlər təqdim edirlər. Bu tövsiyələri diqqətə alaraq, satışı stimullaşdıran düzgün kontent formalaşdırmaq və effektiv postlar yaratmaq mümkündür.
Qadınlar üçün postlar
Həmişə yadda saxlamaq lazımdır ki, qadınlar alış-veriş edib-etməməyi müəyyənləşdirərkən, tez-tez rəylərə diqqət yetirirlər. Niyə də potensial alıcının yoxlaya biləcəyi gözəl tərtibatlı tövsiyələr səhifənin ümumi kontent-planına əlavə edilməsin? Bu heç də çətin deyil. Alıcılar üçün sxem tərtib etmək yetərlidir ki, onlar sosial şəbəkədə rəy göndərərək öz səhifə ünvanlarının dərc olunmasına icazə versinlər.
Qadınlar həm də hətta özlərinə gərək olmayan məhsulları alarkən belə aktiv şəkildə endirimlərə və satışlara cavab verirlər (bu məsələyə daha rasional yanaşan kişilərdən fərqli olaraq). Endirim sistemi doğru tərtib edilsə və postdakı təsvirlərdə iri görünüşlə satışlar haqda informasiya göstərilsə, məhz qadın auditoriyası yardımı ilə satışların sayını artırmaq olar.
Qadın alıcılar üçün atmosfer çox mühümdür. Ona görə belə hallarda diqqət cəlb etmək üçün səssiz “qadın” rənglərindən (bənövşəyi, çəhrayı, mərcan, qırmızı, mavi), ya da məhsulların ağ və ya boz fonda parlaq fotolarını istifadə etmək yaxşı olar. Qadın parfümü və kosmetik vasitələrinin reklamına xüsusi diqqət yetirmək lazımdır: gözəl təbəqəyə yönəlmiş rənglər qammasından savayı, məxsusi sözlər də işə salınır. Daha çox sifət və “çalar” bildirən sözlər: “kraliçasayağı”, “ilahi”, “məftunedici”, “sehrli, “xanım-xatun”, “zərif” və s.
Xanım alıcılara məhsulu daha yaxşı nəzərdən keçirmək imkanı vermək lazımdır. Bunun üçün “interyerli” fotolar yerinə düşər. Təkcə təklifinizi hərtərəfli nümayiş etdirməyə yox, həm də onun tətbiq edilə biləcəyi konkret səhnələr də nəzərə alınmalıdır. Qalan şeylər yalnız sizin fantaziyanızdan asılıdır. Amma çalışın ki, potensial alıcı xanımlar üçün sadəcə məhsul almaq hissi yox, həm də müşayiətedici duyğu və ya status tərtib edəsiniz.
Qadınlar daha uzun ifadə kəlmələrini “sevirlər”. “Əl üçün krem” və “Əllər üçün gəncləşdirici effektə malik nəmləndirici səhər kremi dərini yumşaq və elastik edir” – bunlar praktiki olaraq iki müxtəlif cümlədir. Əgər məhsulunuzun formatı bunu nəzərdə tutursa, təsir gücünü artırmaq üçün “əvvəl” və “sonra” fotolarını ehtiyatda saxlayın.
Xanım alıcılar daha çox “gələcək üçün” (ehtiyat üçün) alış-verişə meyilli olurlar. Buna görə bütün 1+1=3 formatlı aksiyaları məhz onlara ünvanlamaq lazımdır. Qadınlar yolayrıcı alış-verişlərə də eyni dərəcədə yaxşı reaksiya verirlər. Çünki 5 ucuz əşya almaq qadın üçün 1 bahalısını almaqdan daha rahatdır. Alış-veriş edən qadınların daha bir özəlliyi – heç də həmişə konkret tarix, yaxud bayramla əlaqəsi olmayan çox sayda hədiyyələr almaqdır. Bəzi məhsulları tərtib edərkən, onların gözəl bir hədiyyə olacağını vurğulayın. Bununla siz daha bir neçə xanım alıcı qazanacaqsınız.
Kişilər üçün postlar
Əgər məqsəd kişilərə nə isə satmaqdırsa, yadda saxlayın ki, statistikaya görə, seçim və axtarış üçün kişilərə az vaxt lazımdır. Bütün məhsullar “əl altında olmaq” sxeminə maksimum yaxınlıqda yerləşməlidir. Qadınlar kimi kişilər üçün də reklamda məxsusi “kod” ifadələr nəzərdə tutulur. Amma onlarla davranmaq daha çətindir. İş bundadır ki, onlar yalnız sahibkar statusunun qeyd olunduğu bahalı məhsullar üçün keçərlidir. Bu halda əlvan (bər-bəzəkli) sifətlər kişiyə tez başa salır ki, o, məsələn, avtomobil alsa, hansı üstünlüklər və status əldə edəcəkdir.
Amma ucuz malların satışında kişiyə təsir göstərmək heç də mümkün deyil. Qənaət və gəliri izah edərək, “qadın” üsulu işlətməyə heç cəhd də etməyin. Çox halda bu, kişilər üçün sadəcə informasiyadır. Yaxşısı budur ki, keyfiyyətdən danışın. Analoji səbəbdən təsvirdə həddi aşmayın. Kişilər üçün olan məhsullarda dəqiq və çox aydın ifadələr istifadə etmək yaxşıdır ki, faydalarını (statusu, təhlükəsizliyi, etibarlılığı və s.) başa salsın.
Ucasəsli şüarlar və qışqıran elementlər olmadan hərəkət edin. Kişilər üçün əsas minimalizmə önəm verməkdir. Bütün bu tövsiyələr vacibdir. Amma onu da yadda saxlamaq gərəkdir ki, kişilər alışı həvalə etməyə meyillidirlər. Səhifə auditoriyasına nəzər salın (əgər söhbət təkcə kişilər üçün məhsullardan gedirsə). Qrupda qadın çoxdur? Təəccüblü deyil – kişilər çox vaxt alış-veriş haqqını xanımlarına həvalə etməyə meyillidirlər. Buna görə də bu nüansı reklam yönləndirməsində nəzərə almağa dəyər.
Xüsusilə də, əgər söhbət hədiyyə alınan mallardan gedirsə, ailədə bununla çox vaxt xanımlar məşğul olurlar. Kişilər isə ancaq variantlardan birini təsdiqləyirlər. Əgər siz kişilər üçün olan bir məhsulun əla hədiyyəlik olması ilə bağlı post düzəltməyə hazırlaşırsınızsa, onu qadınlara yönəldin. Kişilər ən çox özləri üçün məhsul almağa almağa meyillidirlər.
Aksiyalar və endirim müddətinin bitməsini lap çox da qabartmayın. Əksər kişi alıcılar belə informasiyaya neytral yanaşırlar. Arqumentlər gətirin ki, bu məhsulu nəyə görə almağa dəyər? Yalnız bu zaman satışın necə artdığını görəcəksiniz. Mətndə məhsulun çox xüsusiyyətlərini təsvir edin – əgər qadın alıcı daha çox məhsulun görünüşü və qısa təsvirindən yaranmış emosiyalarına söykənirsə, kişilər üçün mühüm olan realda məhsulun ona nə qədər faydalı olacağını öyrənməkdir.