Faiq Yusifov küç 31A

Rəqəmsal marketinqin ənənəvi marketinqdən 5 üstünlüyü

reqemsal marketinqin enenevi marketinqden 5 ustunluyu

Zaman keçdikcə insanlar rəqəmsal mühitə daha çox güvənməyə başladılar. Buraya sosial şəbəkələr vasitəsilə köhnə dostlarla əlaqə saxlamaq, çatdırılma platforması vasitəsilə yemək sifarişi, uyğun məhsullar və xidmətlərin axtarışı və s. daxildir. Kütlədən asılılıq və ekran arxasında keçirilən vaxtın artması müəssisələri vadar etdi ki, onlar digital marketinq strategiyasını öz mövcud biznes-modellərinə adaptasiya və inteqrasiya etsinlər. Niyə də yox? Digital marketing ənənəvi marketinqə nisbətdə bir çox üstünlüklər təklif edir!

Rəqəmsal marketinqdəki artım yekunda əksər şirkətlər cavab verməli olduğu bir sual ortaya qoydu: digital marketinq ənənəvi marketinqdən dahamı effektivdir? Marketinqin daha effektiv olanına sərmayə qoymaq biznesin uğuru və yaşam təminatı üçün zəruridir. Ona görə də bu məsələ bugünkü işgüzar mühitdə böyük məna kəsb edir. Ənənəvi marketinq özündə müştərilərə mətbuat, radio və xarici kütləvi informasiya vasitələri ilə müraciəti ehtiva etməkdədir.

Bu gün televiziya və reklam şitləri kimi ənənəvi marketinq kanallarının marketinqdə əvvəlki kimi müəyyən bir əhəmiyyəti olsa da, reqemsal marketinq şirkətlərin öz hədəf müştərilərinə necə nail olub əlaqə qurmasını radikal şəkildə dəyişdi.

Gəlin ənənəvi marketinqlə müqayisədə rəqəmsal marketinqin 5 üstünlüyünə nəzər salaq.

 

1. Daha çox iştirak

Siz öz müştərilərinizlə televiziya reklamı kimi ənənəvi marketinq yardımı ilə qarşılıqlı əlaqə saxlaya bilərsinizmi? Ola bilsin ki, xeyr! Bu cür ənənəvi marketinq metodları yalnız birtərəfli kommunikasiya təklif edir. Lakin rəqəmsal marketinq müştərilərə qarşılıqlı çalışmaq və real vaxt rejimində brendlə qarşılıqlı rabitə yaratmaq imkanı verir. Onlar sizin məlumatlarınızı şərh edə, məlumat (xəbər) və ya elektron məktublar göndərə bilərlər.

Brendlər öz hədəfləri ilə qarşılıqlı iş görmək və real zaman rejimində rəylər almaq üçün canlı efirdə seanslar keçirə bilər.  Marketinq metodlarına əlavə olaraq, bu, müəssisələrə istehlakçıların dəyişən  zövqü və nəyə üstünlük verməsi haqda təsəvvür verir. Amma təəssüf ki, rəqəmsal marketinqin müasir metodları ilə çox şirkətlər tanış deyillər. Bu halda etibarlı rəqəmsal iştirak yaratmaq üçün sizə rəqəmsal marketinq üzrə ekspertlərlə çalışmaq gərəkdir.

 

2. Daha ətraflı targetinq

Ənənəvi marketinq strategiyaları olduqca baha başa gəlsə də, az satış gətirir. Çünki daha geniş demoqrafik qrupu əhatə edir. Məsələn, yerli qəzetdə, yaxud reklam şitində yerləşdirilmiş elanı təkcə bu rayonda olan adamlar görürlər, onların çoxu bu konkret məhsul və ya xidmət üçün hədəf bazar olmaya bilər.

Müqayisə üçün demək olar ki, rəqəmsal platformalar şirkətlərə öz məhsullarını və yaxud xidmətlərini irəlilətmək üçün müəyyən qruplarda hədəf kampaniyalar keçirmək, ya da yaş qruplarına, cinsiyyətə və yerləşmə yerinə görə filtrlərdən istifadə edərək, müəyyən demoqrafik qrupu əhatə edən reklam buraxmaq imkanı verir.

Bundan başqa, sosial şəbəkə platformaları daima istifadəçilərin zövq və maraqlarını öncədən bilmək üçün, ayrı-ayrı şəxslərin uyğun şirkətlərini və məhsulları tövsiyə etmək üçün onların məlumatlarını toplayıb öyrənən intellektual alqoritmlərə malikdir. Bu, müştərilərə imkan verir ki, reklama onların üstünlük və seçimindən asılı olaraq  baxsınlar.

Bundan başqa, sosial şəbəkələrdə sizin platformada nüfuzlu şəxslərin yaxşı təşkil olunmuş reklam kampaniyası biznesinizə öz konkret auditoriyasını əhatə etməkdə kömək edə bilər. Bundan başqa, sosial şəbəkələrdə müəyyən heşteqlərin istifadəsi kontentinizin əhatəsini genişləndirməyə imkan verir.

 

3. Xərclərin az olması

Reklamın dəyəri biznesin qarşılaşdığı ən böyük və əhəmiyyətli maliyyə yüklərindən biridir. Bəzi iri şirkətlərə marketinq və irəliləmə üçün milyonlar xərcləmək çətin deyil. Lakin kiçik biznes üçün bu, pis bir kabus ola bilər. Bilbordteleviziya, yaxud radio reklamı kimi ənənəvi kanallar vasitəsilə olan marketinq böyük məbləğdə pullar və səy tələb edir. Müqayisə üçün, rəqəmsal platformalar vasitəsilə verilən reklamlar reklam şitləri ilə olan marketinqə daha ağıllı bir əvəzləmə təklif edir. Onlar xeyli az xərclə hədəf auditoriyaya eyni təsir və effekti yaradırlar.

Onların seçmək və öz marketinq planlarında hansı yanaşmadan istifadə etmək istədiklərinə qərar vermək imkanı var. Şirkətlər onlayn-marketinq yardımı ilə minimum yatırımlardan maksimum nəticə ala bilərlər. Məsələn, əgər siz öz auditoriyanızı ənənəvi marketinq yardımı ilə cəlb etməyə hazırlaşırsınızsa, gərək yeni çap reklamı yaradasınız. Nəzərə alın ki, sizin öz veb-saytınızda yaratdığınız kontent yaxın illərdə əlavə xərclər olmadan potensial müştərilər cəlb edə bilər.

 

4. Nəticələrin ölçülə bilməsi

Sizin reklamı reklam şitində nə qədər adamın gördüyünü və ya televizorda reklamınızı gördükdən sonra mağazanıza nə qədər adamın gəldiyini necə bilmək olar? Siz bacarmazsınız ! Ola bilsin ki, ənənəvi marketinqdə ən böyük risk marketinq strategiyalarının dəyərləndirilməsi və ölçülməsinin nə qədər qeyri-müəyyən olmasındadır. 1 həftə və ya daha da çox vaxt keçməyibsə, kampaniya, yaxud reklamın nə qədər yaxşı qavranılıb-qavranılmadığını bilmirsiniz və hətta bilsəniz də, sizdə güvənə biləcəyiniz dəqiq rəqəmlər yoxdur.

Digər tərəfdən, rəqəmsal media marketinqin təşəbbüsləri daha artıq ölçülə bilən nəticələr təklif edir. Siz analitikaya operativ əlçatanlıq qazanırsınız və bu, imkan verir ki, qarşıdakı kampaniyalara aid daha əsaslı qərarlar qəbul edəsiniz və zəruri olduqda cari strategiyanızı başqa istiqamətə dəyişəsiniz. Məsələn, sosial şəbəkələrdə reklam yerləşdirərkən, dərhal bilirsiniz ki, reklam nə qədər adamı əhatə edib və o, nə qədər effektlidir (baxışlar, reaksiyalar və s.).

 

5. Daha yaxşı brend imici

brend dizayn

Danılmaz həqiqətdir ki, digital marketinq istənilən şirkətin effektivliyini və nüfuzunu yüksəldə bilər. Ənənəvi reklam geniş insan çevrəsini əhatə edə bilən və ya edə bilməyən əsas biznes irəliləmə üsulları ətrafında dönməkdədir. Əksinə, SEO yaxud PPC kimi metodların istifadəsi olmaqla sosial şəbəkə platformaları vasitəsilə marketinq şirkəti özünü yaxşı tövsiyə edən brendə çevirə bilər.

Şirkətlər rəqəmsal platformaları öz brendlərinin yaradılması və yaxşı reputasiya yaradılması üçün istifadə edə bilər. Veb-sayt biznesinizin vitrininə bənzəyir, ona görə də onun dizaynı, yüklənmə vaxtı və əlçatanlığı brendinizi əks etdirir. Beləliklə, yaxşı hazırlanmış veb-saytın və sırf faydalı, yüksək keyfiyyətli məqalələri olan bloqun mövcudluğu biznesinizə təsirli imic yaratmağa kömək edə bilər.

Bundan başqa, sizin üçün yaxşı rəylər kimi müsbət tərəfləri qeyd edərək, brendinizin daha da xoşagələn imicini irəlilətmək zəruridir. Həmçinin operativ şəkildə sosial şəbəkələrdəki potensial və mövcud müştərilərə reaksiya verməlisiniz ki, yaxşı təəssürat doğura və daha peşəkar görünəsiniz.

 

Leave a comment