Skip to main content
Faiq Yusifov küç 31A

SEO-da doğru bilinən 7 yanlış | Bu səhvləri etmə!

Açar söz araşdırması və SEO analizi prosesini göstərən şəkil

SEO haqqında eşitməyən yoxdur. Amma SEO-nun əslində nə olduğu, necə işlədiyi və hansı nəticələr verdiyi ilə bağlı bazarda bir çox yanlış inanclar mövcuddur. Bu yanlış fikirlər nəticəsində bir çox sayt sahibləri, biznes rəhbərləri və hətta marketinq mütəxəssisləri resurslarını səhv istiqamətə yönləndirir və nəticədə istədikləri uğura çata bilmirlər.

Bu yazıda SEO nədir, SEO ilə bağlı geniş yayılmış miflər hansılardır və niyə doğru bildiyimiz bəzi yanaşmalar əslində səhvdir – bu suallara aydınlıq gətirəcəyik. Eyni zamanda Focus Performance Marketing Agency olaraq sizə bu sahədə necə dəstək ola biləcəyimizi də göstərəcəyik.

SEO nədir və nə üçün bu qədər vacibdir?

SEO (Search Engine Optimization) – axtarış sistemləri üçün optimizasiya deməkdir. Bu mexanizmin əsas məqsədi vebsaytınızı Google axtarış nəticələri daxilində daha yuxarı mövqelərə çıxarmaq və beləliklə daha çox istifadəçiyə çatmaqdır.

Sadə dillə desək, sizin saytınız SEO baxımından güclü olarsa, insanlar sizi Google-da daha asanlıqla tapar, nəticədə saytın trafikini artırmaq və satışları çoxaltmaq mümkün olar. Amma bu nəticələrə çatmaq üçün düzgün strategiya qurulmalı və səhv metodlardan uzaq durulmalıdır.


1-ci səhv: SEO bir dəfə edilir.

Ən yayılmış yanlışlardan biri budur: SEO bir dəfə edilir və sonra nəticələr daimi olur. Əslində SEO davamlı prosesdir. Google-un alqoritmləri mütəmadi olaraq dəyişir, rəqibləriniz də boş dayanmır. Bu səbəbdən SEO fəaliyyəti aylıq və daimi şəkildə aparılmalıdır.


2-ci səhv: Sadəcə açar söz yerləşdirməklə SEO etmək olar.

seo-da-dogru-bilinen-7-yanlis-seo-sehvleri-seo-xidmeti
SEO-da doğru bilinən 7 yanlış | Bu səhvləri etmə!

Açar sözlər əhəmiyyətlidir, lakin bu SEO-nun yalnız bir hissəsidir. Texniki SEO, daxili linkləmə, mobil uyğunluq, səhifə yükləmə sürəti, istifadəçi təcrübəsi və kontentin keyfiyyəti də SEO-nun əsas sütunlarıdır.

Yəni yalnız “açar söz doldurmaq” strategiyası ilə Google-da üst sıralarda çıxmaq artıq mümkün deyil.


3-cü səhv: Backlink nə qədər çoxdursa, o qədər yaxşıdır.

Keyfiyyətli və etibarlı saytlardan gələn backlink-lər SEO üçün faydalıdır. Amma backlink sayı deyil, keyfiyyəti önəmlidir. Spam xarakterli saytlardan alınan linklər sizi sıralamada yüksəltmək əvəzinə Google tərəfindən cəzalandırıla bilər.


4-cü səhv: Mobil uyğunluq o qədər də vacib deyil.

Statistikaya görə, istifadəçilərin 70%-dən çoxu mobil cihazlarla axtarış edir. Əgər saytınız mobil uyğun deyilsə, həm istifadəçi təcrübəsi zəifləyir, həm də Google-un alqoritmləri sizi aşağı sıralara salır.

Mobil uyğun sayt – artıq üstünlük deyil, vacib tələbdir.


5-ci səhv: Kontentin uzunluğu əsasdır.

Bəli, məqalə və səhifələrdə kifayət qədər məlumat verilməlidir. Amma uzun mətn həmişə yaxşı SEO demək deyil. Əsas məsələ mətnin istifadəçiyə faydalı olub-olmamasıdır. Google artıq kontentin strukturuna, başlıqların istifadəsinə, aydınlığa və suallara cavab verib-verməməsinə baxır.


6-cı səhv: SEO dərhal nəticə verir.

SEO ilə Google-un ilk səhifəsinə bir neçə günə çıxmaq mümkün deyil. Bu zaman və strateji yanaşma tələb edir. Adətən real nəticələr üçün 3-6 ay arası vaxt lazımdır.

Əgər biri sizə “1 həftəyə sizi birinci yerə çıxaracağıq” deyirsə – ehtiyatlı olun. Bu, ya spam metodlarla edilir, ya da ümumiyyətlə reallıqdan uzaqdır.


7-ci səhv: Təkrarlanan kontentlə səhifələr yaratmaq olar.

Bir məhsul üçün eyni məzmunu fərqli səhifələrdə yerləşdirmək – “duplicate content” problemidir. Google bu cür təkrarlanan kontentləri dəyərsiz hesab edir. Saytın strukturunda orijinallıq və fərqlilik ön planda olmalıdır.

Google-da üst sıralarda çıxmaq istəyirsiz❓ Bu 5 metodu tətbiq edin✅


SEO mütəxəssisi ilə işləmək nəyə görə vacibdir?

Bütün bu detallar və səhvlər onu göstərir ki, SEO yalnız təcrübə ilə öyrəniləcək bir şey deyil, peşəkar yanaşma tələb edən sahədir. Focus Performance Marketing Agency olaraq biz:

  • Saytın tam texniki analizini edirik;
  • Auditoriyanı və rəqibləri araşdırırıq;
  • Açar söz təhlili aparırıq;
  • Kontent strategiyası qururuq;
  • Aylıq hesabat və inkişaf planı təqdim edirik.

Bütün bunlar nəticəsində siz daha çox ziyarətçi, daha çox müraciət və daha yüksək satış əldə edirsiniz.

SEO haqqında doğru bildiyiniz bir çox yanaşma əslində sizi nəticədən uzaqlaşdırır. Bəzən yaxşı niyyətlə edilən səhvlər saytın inkişafını illərlə ləngidə bilər. Əgər siz də rəqəmsal görünürlüğünüzü artırmaq, daha çox potensial müştəriyə çatmaq və saytın trafikini artırmaq istəyirsinizsə – doğru SEO strategiyasına ehtiyacınız var.

Focus Performance Marketing Agency ilə əməkdaşlıq edərək, saytınızı yalnız görünən deyil, həm də “tapılan” etmək şansını əldən verməyin.

Əlaqə və əməkdaşlıq üçün:

Mənbələr:

Related Posts