Faiq Yusifov küç 31A

Target və retarget ilə satışları necə artırmaq olar?

Target və retarget ilə satışları necə artırmaq olar? targetinq xidmeti qiymeti reklam ver

Rəqəmsal dövrdə reklam strategiyaları dəyişsə də, bir şey dəyişmir: doğru insana, doğru zamanda doğru mesajı çatdırmaq. Bu məqsədə çatmaq üçün marketinqin ən güclü alətlərindən biri – target və retarget üsullarıdır. Əgər bu anlayışları düzgün tətbiq etmirsinizsə, reklam büdcənizi itirirsiniz, müştərilərinizi isə rəqiblərinizə ötürürsünüz.

Bu məqalədə “Target nədir?”, “Retarget nədir?”, “Satışları artırmaq üçün bu metodlardan necə istifadə edilməlidir?” – bütün bu suallara aydın və praktik cavablar verəcəyik. Eləcə də Focus Performance Marketing Agency olaraq bu sahədə sizə necə dəstək ola biləcəyimizdən danışacağıq.


Target nədir və niyə vacibdir?

Target – reklam mesajınızın məhsul və ya xidmətinizlə real maraqlana biləcək şəxslərə çatdırılması prosesidir. Qısaca desək, reklamı “hamıya yox, lazım olanlara” göstərmək strategiyasıdır. Məsələn, uşaq geyimi satan bir brendin reklamını 20–35 yaş arası analara göstərmək, bu hədəfləməyə bariz nümunədir.

Burada hədəf auditoriyanın düzgün seçilməsi uğurun təməlidir. Əgər siz reklamınızı kimə göstərdiyinizi dəqiq bilmirsinizsə, bu sadəcə təxmindir və nəticədə büdcəniz havaya sovrulur.


Retarget nədir və necə işləyir?

Retarget – daha öncə saytınıza daxil olmuş, məhsula baxmış, səbətə əlavə etmiş, amma alış-veriş etməmiş şəxslərə reklamın yenidən göstərilməsi prosesidir. Bu metod alıcıya qərar verməsi üçün ikinci (və ya üçüncü) şans tanıyır.

Sadə dillə desək: retargetin önəmi ondadır ki, bu insanlar artıq sizi tanıyır və maraq göstərib. Onları tamamilə yeni auditoriyadan çevirmək çox daha az vaxt və maliyyə tələb edir.

Target və retarget ilə satışları necə artırmaq olar?satislari artir targetinq xidmeti qiymeti reklam ver
Target və retarget ilə satışları necə artırmaq olar?

Target və retarget birlikdə necə satış yaradır?

Hər iki üsul bir-birini tamamlayır. Target sizi yeni auditoriyaya tanıdır, retarget isə bu maraqlananları müştəriyə çevirir. Bu iki mərhələli yanaşma sayəsində:

  • Satış çevirmə faizi artır;
  • Reklamın effektivliyi yüksəlir;
  • İtirilmiş potensial müştərilər geri qazanılır;
  • Reklam büdcəsi optimallaşdırılır.

Yəni satışları artırmaq üçün təkcə çox reklam vermək kifayət deyil — düzgün sistem qurulmalıdır.


Düzgün reklam necə verilir?

Reklam verərkən aşağıdakı 6 mərhələni izləmək uğur şansını qat-qat artırır:

  • Hədəfin müəyyən edilməsi – brendin məqsədi, satış, müraciət, izləyici, brend tanıtımı
  • Hədəf auditoriyanın təhlili – cins, yaş, lokasiya, maraq dairələri və s.
  • Platforma seçimi – Facebook, Instagram, TikTok, Google və s.
  • Kontent hazırlanması – vizual və mətnin auditoriyaya uyğun olması
  • Targetinq qurulması – doğru filtrlər, qrafik və coğrafiya üzrə seçim
  • Retarget kampaniyaları – sayta daxil olanlar, səbətə əlavə edənlər və s. üçün ayrıca reklam

Əgər bu proseslərdə biri belə yanlış qurularsa, bütün kampaniyanın effektivliyi zədələnir. Bu səbəblə peşəkar yanaşma vacibdir və burada targetinq xidmeti fəaliyyətə keçir.


Focus Performance Marketing Agency ilə düzgün reklam strategiyası

Focus Performance Marketing Agency olaraq biz hər bir brendə xüsusi yanaşırıq. Standart şablonlardan uzaq, biznesin strukturuna uyğun hədəf və retarget strategiyaları qururuq.

Targetinq xidmeti çərçivəsində:

  • Auditoriya təhlili aparırıq;
  • Sektor və rəqib analizi edirik;
  • Kontent strategiyası hazırlayırıq;
  • Retarget kampaniyaları üçün xüsusi texniki həllər təklif edirik;
  • Aylıq hesabat və nəticə analizi təqdim edirik.

Bizim üçün reklam sadəcə klik deyil — nəticədir.

Nümunə ilə başa düşək:

Tutaq ki, siz elektronika mağazasısı işlədirsiniz. Target kampaniyası ilə “20–40 yaş arası texnologiya həvəskarlarını” hədəfləyirsiniz. Onlardan saytınıza girən, məhsula baxanlar olur, amma alış etmirlər. Bu istifadəçilərə retarget kampaniyası ilə 24 saat ərzində “10% endirim” reklamı göstərirsiniz. Nəticə? Həmin şəxs alışa daha yaxın olur, siz isə satış əldə edirsiniz.

Bu, hər gün və hər sektor üçün tətbiq edilə bilən bir mexanizmdir.

Rəqəmsal reklamda nəticə istəyirsənsə, hədəfi düzgün tut!

Target və retarget metodlarını bilmək kifayət etmir — onları doğru şəkildə tətbiq etmək lazımdır. Əks halda reklam büdcəniz boşa gedər, müştəri qazancı minimumda qalar.

Əgər siz də reklamlarınızın nəticə verməsini, satışları artırmaq üçün real strategiya qurulmasını istəyirsinizsə, Focus Performance Marketing Agency sizin üçün doğru ünvan olacaqdır.

Əlaqə və əməkdaşlıq üçün:

Related Posts